14 mindən çox dinc sakin Yəmən münaqişəsinin qurbanı olub

  • By admin
  • 07 Noyabr 2017 20:05

2015-ci ilin martından Yəməndə silahlı münaqişə səbəbindən 14 mindən çox dinc sakin həlak olub və ya yaralanıb.

Gununsesi.info xəbər verir ki, bunu brifinqdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı İdarəsinin rəsmi nümayəndəsi Rupert Kolvill deyib.

O bildirib ki, ölənlərin və xəsarət alanların sayı 2015-ci ilin martından indiyədək 14 168 nəfərə çatıb: “5295 nəfər həlak olub, 8873-ü yaralanıb. Bu rəqəmləri İdarənin Yəmən ofisi təqdim edib, lakin real rəqəmlər yəqin ki, daha yüksəkdir”.

Hazırda ölkədə 20 milyon nəfər – əhalinin 70 faizinin humanitar yardıma ehtiyacı var. 3 milyon nəfər evini tərk etməyə məcbur olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə husilərlə mübarizə aparır.

Gununsesi.info