14 nəfəri aldadan dələduzlar tutulub

  • By admin
  • 16 Sentyabr 2017 13:12

qandal-qolda

Dələduzluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxslərin14 nəfəri aldadaraq ümumilikdə 34150 manat dəyərində qızıl-zinət əşyalarını mənimsəmələri müəyyən edilib.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, dələduzluq etməkdə şübhəli bilindiyinə görə tutulan Dürrə İsmayılovanın və Rəşad Mustafayevin ətraflarında Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə bü şəxslərin 2015-ci ilin avqust ayından cari il may ayınadək olan müddətdə Bakı şəhər sakinləri olan 14 nəfəri aldadaraq ümumilikdə 34150 manat dəyərində qızıl-zinət əşyalarını mənimsəmələri müəyyən edilib.

Anar

Gununsesi.info