14 ölkə Amerikanı qınadı

  • By admin
  • 14 Yanvar 2021 10:30

Karib Ölkələri Birliyi ABŞ-ın Kubanı beynəlxalq terrorizmi dəstəklədiyi iddia edilən dövlətlər siyahısına yenidən daxil etmək qərarını qınayır və ölkələr arasında əlaqələrin yaxşılaşdırılmasına çağırır.

 

Gununsesi.org Trend-ə istinadən xəbər verir ki, bu barədə icma saytında yayımlanan məlumatda deyilir.

“Karib Ölkələri Birliyi ABŞ rəhbərliyinin Kubanın terrorizmi dəstəkləyən bir dövlət kimi tanınması ilə bağlı birtərəfli açıqlamasını qınayır. Kubanın beynəlxalq aləmdəki statusu heç bir şəkildə belə bir təqdimata əsas vermir”- sənəddə deyilir.

1973-cü ildə qurulan Karib Ölkələri Birliyinin üzvləri Bahamalar, Barbados, Beliz, Qvatemala, Yamayka, Trinidad və Tobaqo, Antiqua və Barbuda, Dominikan, Qrenada, Montserrat, Sent-Kits və Nevis, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadindir.

Gununsesi.org