
Azərbaycanın avtomobil yollarında bir gündə baş verən yol qəzalarında 9 nəfər ölüb. Gununsesi.info xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimayətlə əlaqələr şöbəsi məlumat yayıb.
Məlumata görə, iyulun 11-də respublikanın avtomobil yollarında 14 yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 9 nəfər ölüb, 17 nəfər xəsarət alıb.
Gununsesi.info