
Keniyada Nayrobi Milli Parkı yaxınlığında dəhşətli hadisə baş verib. Aslan tərəfindən “qaçırılan” 14 yaşlı qız faciəvi şəkildə ölüb. Qızın meyiti çayın kənarında tapılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hücumun başqa bir gəncin də şahidi olduğu və bu şəxsin səlahiyyətlilərə məlumat verdiyi bildirilib. Xilasetmə qrupları xəbəri alan kimi hərəkətə keçib və qan izlərini Mbagathi çayına aparıblar. Çayın kənarında tapılan gənc qızın bədəninin aşağı hissəsində ciddi xəsarətlər olduğu müəyyən edilib.
Ancaq həmin aslan hadisə yerində görülməyib.
Qeyd edək ki, paytaxt Nayrobidən təxminən 10 kilometr aralıda yerləşən Nayrobi Milli Parkında çoxlu vəhşi heyvanlar, o cümlədən şirlər, həmçinin camış, zürafə, bəbir və çita yaşayır.
Orxan