Gəncədə azyaşlı qız zəhərlənib.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Aysel Süleymanova yaşadıqları evin vanna otağında dəm qazından zəhərlənib.
14 yaşlı qız xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Gununsesi.info