14 yaşlı qız pilləkəndən yıxıldı, dünyasını dəyişdi

  • By admin
  • 17 Avqust 2016 10:09

4f60894d61d257fee3bd1d25d65e80c0

Lənkəranda ölüm hadisəsi baş verib.

Gununsesi.info-nun APA-nın cənub bürosuna istinadən məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun istirahət mərkəzlərinin birində qeydə alınıb. Belə ki, Lənkəranın Velədi kənd sakini, 2002-ci il təvəllüdlü  Zəhra Səfail qızı Şıxəlizadənin əhvalı qəfildən dəyişib və o, müvazinətini itirərək, istirahət mərkəzinin  pilləkənindən yerə yıxılıb.  Ətrafdakıların köməyi ilə 14 yaşlı qız dərhal  Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğu araşdırma aparır.

Gununsesi.info