Taylandın paytaxtı Banqkokda “Siam Paragon” ticarət mərkəzində 14 yaşlı uşağın silahla atəş açması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Gununsesi.info xəbər verir ki, “Bangkok Post”un məlumatına görə, yerli vaxtla saat 16.40-da Banqkokun “Siam Paragon” ticarət mərkəzində 14 yaşlı uşaq tapança ilə 10 atəş açıb.
Hadisə zamanı 3 nəfər ölüb, 4 nəfər yaralanıb, polis yerli vaxtla saat 17.10-da hücumçunu yaxalayıb.
Digər tərəfdən, sosial şəbəkələrdə yayılan görüntülərdə bir oğlanın silahla ticarət mərkəzinə girdiyi görünür.