14 yaşlı yeniyetmə intihar etdi

  • By Günel
  • 02 Dekabr 2024 19:41

Astarada yeniyetmə intihar edib.

Gununsesi.info “Qafqazinfo” – ya istinadən xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində baş verib.

Belə ki, ötən gecədən axtarılan, 2010-cu il təvəllüdlü Namik Şamil oğlu Həsənovun meyiti həyətdə asılı vəziyyətdə tapılıb.

Nənəsi ilə birgə yaşayan yeniyetmənin intihar səbəbi məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info