143 milyon mənimsəyən rəisə cəza verildi

  • By admin
  • 25 İyun 2024 09:33

143 milyonluq mənimsəməyə görə həbs edilən zabitlərdən biri-Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin sabiq maliyyə-xidmət rəisi Sadiq Hacıyevin məhkəmə araşdırması başa çatıb.

 

Gununsesi.info-nun xəbərinə görə,  Bakı Hərbi Məhkəməsində keçirilən iclasda hökm oxunub. Hökmə əsasən S.Hacıyev xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb. S. Hacıyev dövlətə dəymiş ziyanı ödəmədiyi üçün həbs edilib.

 

Günay

Gununsesi.info