144 yaşını qeyd edən Dəmir Yollarının inkişafı dövrünə sözardı

  • By admin
  • 14 Oktyabr 2024 21:32

Azərbaycan Dəmir Yolları özünün 144 yaşını geridə qoydu.

Qeyd edək ki, bu tarix 1880-ci ildə Azərbaycanda ilk dəmir yolu xətti istifadəyə verilməsilə bağlıdır. Belə ki,  Bakı–Sabunçu–Suraxanı xətti istifadəyə verildi və 20 km uzunluğunda olan bu yol əsasən neft daşımaları üçün nəzərdə tutulsa da bir müddət  sonra bu xətt sərnişinlər üçün də açıldı.

Sovetlər Birliyinin dağılmasından sonra Azərbaycan Dəmir Yolları müasir tələbata cavab vermədiyindən az qala onun sıradan çıxacağı təhlükəsi yaranmışdı.

Lakin müstəqilliyin ilk illərində dəmir yollarının yaşadığı durğunluğu böyük siyasi xadim, ümummilli lider Heydər Əliyevin uğurlu iqtisadi siyasəti, dəmir yoluna daim qayğısı aradan qaldırdı.

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən irihəcmli islahatlar, bütün sahələrdə olduğu kimi, dəmir yolu nəqliyyatında da uğurla həyata keçirilir.

Dəmir Yollarında 2015-ci ildən sonra  bu sahədə daha böyük irəlləyişlər başlandı.

Dəmir Yollarının müasir tələblərə cavab verməsi üçün bu qurumun rəhbərliyi dəyişdirildi və yeni rəhərliyin ilk ilk işi Bakı Vağzalının görkəmini dəyişməkdən ibarət oldu.

Bir zamanlar sanitar-gigyenik qaydalara əməl olunmadığı, kriminal ərazi hesab edilən, turist təsəvvür etmədiyimiz Bakı Vağzalı qısa zamanda Avropanın ən gözəl dəmir yolları vağzallarından birinə çevrildi.

Dəmir Yollarının bütün struktur bölmə və məntəqələrinin inzibati binaları ən müasir formada təmir olundu. İşçilərin əmək haqqlarında ciddi artımlar baş verdi. İllərlə mənzil növbəsi gözləyən çoxsaylı dəmiryolçu bu arzusuna qovuşdu.

 

Bu,  son illər bu qurumun tarixində yeni dövrün başlanması idi.

Aparılan danışıqlar nəticəsində Azərbaycan İsveçrədən “Stadler” qatarları gətirildi. Sürət qatarı olan “Stadler”lərin hərəkəti üçün dəmir yolları xətləri yeniləndi.

Məlumat üçün bildirək ki, 50 yeni lokomotib, 3300 yük vaqonu alındı.

Ötən dövr ərzində Bakıdan Rusiyaya qədər olan dəmir yolu xətti yeniləndi. Bakı-Qəbələ yolu inşa olundu. Bakı Dairəvi yolu yenidən quruldu.

Bakıda Dəmir Yolu Vağzalı ətrafındakı köhnə ticarət mərkəzi sökülüb tam yenidən müasir üslubda inşa olundu.

Dəmir Yollarının bütün inzibati və digər texniki strukturlarında iş şəraiti ən müasir tələblərə uyğunlaşdırıldı.

Bakı-Böyükkəsik  yolunda aparılan yeniliklər nəticəsində sürət həddi 40-dan 140 km/saata çatdı.

Astarada 17 km yeni yol inşa olundu.

Bundan əlavə İran ərazisində müasir  terminal inşa olundu.

Bütün bu işlər o qədər sürətlə aparıldı ki, Azərbaycan Prezidenti İlham Əliyev də buna xüsusi münasibət açıqladı.

 

Pirşağı stansiyası istifadəyə verilməsi ilə bağlı açılışda iştirak edən İlham Əliyev bunları demişdi: “Pirşağı stansiyası istifadəyə verildi. Şəhərə qədər yolboyu bütün stansiyalar ən yüksək standartlara cavab verir. Bugünkü müasir Azərbaycanımızı güclü dövlət kimi bir daha göstərir.

Dəmir yollarının abadlaşdırılması, qurulması, dəmir yolu xidmətlərinin təkmilləşdirilməsi istiqamətində son illər ərzində, xüsusilə Cavid Qurbanovu mən bu vəzifəyə təyin edəndən sonra böyük irəliləyiş var. Həm Azərbaycan artıq beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevrilib, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, Şimal-Cənub nəqliyyat dəhlizi işləyir, yükdaşımalar kəskin artır, eyni zamanda, ölkə daxilində infrastruktur təzələnir, İsveçrə istehsalı olan yeni müasir “Ştadler” vaqonları alınıb. Hesab edirəm ki, bu vaqonlar, dünya miqyasında ən gözəl və təhlükəsiz vaqonlardır”.

İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO

Bir necçə il ərzində görülən işlərə nəzərə saldıqda əldə olunan nəticəni belə qiymətləndirmək olar.

Prezident İlham Əliyevin iradəsi nəticəsində həyata keçirilən iri nəqliyyat layihələri artıq gerçəklidir. Bakı-Tbilisi-Qars yeni dəmir yolu təkcə üç ölkə arasında deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq. Artıq Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınmasına başlanılıb. Qazaxıstandan göndərilən qatar Türkiyənin Mersin limanına çatıb və artıq həmin yolla geri göndərilib. Türkiyənin Mersin limanında həmin blok qatar yüklənərək, Qazaxıstana yola salınıb. Qazaxıstandan ikinci yük qatarı da yola düşüb.
Həmçinin, “Şimal-Cənub” beynəlxalq nəqliyyat marşrutu layihəsinin reallaşdırılmasını da xüsusi qeyd etmək lazımdır. Bu marşrutun yaradılması  tarixi hadisə hesab olunmalıdır.

Şimal-Cənub” marşrutu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

 

Ümid edək ki, Dəmir Yolları gələcəkdə də bu uğurları daha da davam etdirəcək.

 

 

 

Gununsesi.info