15 erməni hərbçinin öldüyü yanğının səbəbi AÇIQLANDI

  • By admin
  • 19 Yanvar 2023 11:53

Ermənistanda hərbi hissədəki yanğına kazarmaların qızdırılması üçün benzindən istifadə edilməsi səbəb olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin iclasında müdafiə naziri Suren Papikyan bildirib.

Xatırladaq ki, bu gün səhər saatlarında Ermənistandakı hərbi hissələrdən birinin mühəndis-snayper bölüyünün kazarmasında yanğın baş verib. Yanğın nəticəsində 15 hərbçi həlak olub, daha 3 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Yanğına görə Ermənistanın ikinci ordu korpusunun komandiri Vahram Qriqoryan tutduğu vəzifədən azad edilib.

Gununsesi.info