“15 gün ərzində sülh müqaviləsi imzalana bilər” – Simonyan

  • By admin
  • 28 Noyabr 2023 17:04

“Siyasi iradə olarsa, 15 gün ərzində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər”.

Gununsesi.info xəbər verir ki,  bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

“Bütün fundamental məsələlər üzrə beynəlxalq hüquqa və bərabərlik prinsipinə əsaslanan razılıq əldə olunub”, – deyə o qeyd edib.

O, həmçinin bildirib ki, hazırda Ermənistan və Azərbaycan liderləri arasında görüş barədə razılıq yoxdur.

Eyni zamanda, Simonyanın sözlərinə görə, Ermənistan istənilən belə təklifi müzakirə etməyə hazırdır.

Gununsesi.info