“15 iyul gecəsi Rəcəb Tayyib Ərdoğanı, bizi tapsaydılar, bizi elə oradaca öldürəcəkdilər” - TÜRKİYƏ BAŞ NAZİRİNİN MÜAVİNİ

  • By admin
  • 14 İyul 2017 16:00

numan kurtulmus

“Fətullahçı Terror Təşkilatı gizli təşkilatlanıb, gizli bir bir dini təşkilatdır, İŞİD kimi islam dininə ləkə gətirməyə çalışır”.

Gununsesi.info xəbər verir ki, bunu bu gün Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Numan Kurtulmuş bir qrup Azərbaycan və xarici media mənsubları ilə görüşdə bildirib.

N.Kurtulmuş deyib ki, İŞİD kimi FETÖ də gözünü qırpmadan insanları qətlə yetirir: “FETÖ tək Türkiyəni təhdid etmir, bir çox ölkələri də təhdid edir. Həmin ölkələrdə nüfuzlu insanların övladlarını yaratdıqları təhsil müəssisələrinə cəlb edib, gələcəkləri üçün təhlükə yaradırlar. FETÖ həmin ölkələrdə silahlı çevrilişə cəhd etməsə belə, parlamentlərində elə bir qanun qəbul etdirərlər ki, həmin ölkələr böyük ziyan çəkərlər. Bunu mən həmin ölkələrin rəhbərlərindən birinə dedim. FETÖ-nün siyasi iddiası yoxdursa, niyə müxtəlif ölkələrdə düşüncə mərkəzlərində, mediada təsir gücünə malik olmağa çalışırlar?”.

Türkiyə baş nazirinin müavini 15 iyul hərbi çevriliş cəhdinin planlaşdırılmış və nəzarətdə olan çevriliş cəhdi adlandıranların yanlış yolda olduğunu vurğulayıb: “15 iyul gecəsi Rəcəb Tayyib Ərdoğanı, bizi tapsaydılar, bizi elə oradaca öldürəcəkdilər. Türkiyədə parlament, partiyalar olmayacaqdı, Türkiyə Suriya kimi bir daxili savaşa sürüklənəcək, bəlkə də İraq kimi işğala məruz qalacaqdı. İndi hansı ağıl sahibi Türkiyədə yaşananlara nəzarətdə olan çevriliş cəhdi deyə bilir? Bu, millətin qarşısını aldığı bir çevriliş ccəhdi idi. Türkiyə üçün ən təhlükəli gecə 15 iyul gecə olub. FETÖ il dəfə 1975-ci ildə ilk dəfə hərbi məktəblərə qəbul suallarını oğurlayıblar. Sonrakı mərhələdə özlərinə yaxın olanların hərbi sistemdə yüksəlişinə şərait yaradıb, digərlərinin qarşısını kəsiblər. Bir məqamı da qeyd edim. Almaniya birləşəndə 600 minə qədər dövlət orqanlarında çalışanları işdən çıxardılar. Biz çevriliş cəhdində iştirak edən 160 nəfər barədə araşdırma aparılıb, onların 50 min civarında olan qismi həbs edilib. Eyni zamanda müvafiq komissiya yaradılıb, bu həftədən müvafiq şikayətləri qəbul edəcək. Yəni bu sahədə şəffaf bir proses aparırıq. Məqsədimiz bu terror təşkilatının içində olanları Türkiyədə təmizləmək, günahı olmayanların da ziyan çəkməməsinə çalışmaqdır. Qərb dairələrinin bu sahədə iddiaları əsaslı sayıla bilməz. Həmin gün yanımızda olan dost ölkələrə təşəkkür edirik”.

Gununsesi.info