15 iyul hadisəsi ilə bağlı dəhşətli faktlar ortaya çıxdı

  • By admin
  • 15 İyul 2019 14:59

“Bu gün Suriyanın şimalında, Şərqi Aralıq dənizində, Egeydən Liviyaya qədər bütün bölgədə Türkiyəyə qarşı çoxtərəfli cəbhələr qurulur. Təhdid edirlər, mühasirəyə alırlar. Eyni mühasirə daxildə də baş verir, içəridə də işğalçı cəbhə qurulur. Xaricdə və daxildə Türkiyəni mühasirəyə almağa çalışanlar yeni “15 iyul” planları hazırlayırlar”.

Gununsesi.org xəbər verir ki, bu iddia ilə “Yeni Şəfəq” qəzetinin yazarı İbrahim Karagül çıxış edib.

Karagül hesab edir ki, 15 iyuldan daha ağır hücumlar olacaqsa, onlara qarşı daha ağır dirənişlər olacaq.

“Onlar Şərqi Aralıqda hazırlıq həyata keçirəndə, biz Fəratın şərqinə çıxacağıq. Siyasi mövqeyiniz nə olursa-olsun, bu coğrafiyadakı minillik tarixə baxın və harada yer alacağınıza qərar verin”, – deyə Karagül Türkiyə cəmiyyətinə çağırış edib.

Gununsesi.org