
Azadlıq öylə nazlı afət ki, tək vüqar,
Qan tökülmədikcə üzə gülməz o işvəkar.
Bunu Türk dünyasının böyük şairi Hüseyn Cavid deyib.
Bəli azadlıq,müstəqlillik, Vətən,dövlətçilik, millət və bayraq uğrunda mübarizə heç dəhər zaman hamar olmur. Tarixin müəyyən kəsiklərində ağrılı-acılı günləri olur və o zaman Vətən onun üzərində gəzən insanın ona necə sahib çıxdığını sanki imtahan çəkir. Bir sinasın ki, yaşadğı torpaqlar Vətən deyən insanlar ona necə sadiqdir.
Ona görə də deyiblər ki, Vətəni sevmək imandadnır.
Ancaq heç də hər zaman belə olmur. Dünyada heç dəhər bir xalq bu imtahandan üzüağ çıxmayıb.
Vətən dediyimiz ona baş əyəni göyə qaldırır. Yolunda ölümə sinə gərəni qazilik və şəhidlik zirvəsinə ucaldır.
Məhz tarix bu sınaqlardan uğurla çıxıb, öz adını tarixin bu imtahanlarından qalib çıxanları öz şərəfli səhifəsinə yazır və dünya var olduqca onları yaşadır. O xalqın, millətin qəhrəmanlıq dastanlarının ömrü uzun olur. Bu dastanı yaradan və yaşadan insanlar isə qəhrəmanlıq aşiqidir. Qəhrəmanlıq təşnəsi ilə yaşayan cəmiyyət xarüqələr yaratmağa qadir olur. Qəhrəmanlıq dastanı yazmağı bacaran xalq istənilən çətin anda bu ruhu oyandırmağa səfərbər etməyi və ondan səmərəli istifadəyə yönəltməyi bacarır.
Türk xalqı da tarix boyu qəhrəmanlıq dastanları, salnamələri yazan xalqlardandır və birincilərdəndir. Bunu anlatmaqla yetməz. Artıq dünya da Türk adı gələndə onda ilk assosiativ anlayış məhz, onun qəhrəmanlığı, Vətənənə olan bağlılığı, Vətəni hər şeydən uca tutuan bir xalq kimi anılır. Türk üçün Vətən müqəddəsdir. Və ona görə də bit Türk üçün Vətən ana kəlməsi ilə eyni tutulur.
Lakin bir çox hallarda ana dediyimiz Vətənin və ya ananın övladı bu müqəddəsiliyə xəyantə niyyətinə düşür. Öz nəfsinə hakim kəsilə bilməyərək Vətən, dövlət, millət və bayrağa qarşı xəyanət etmək üçün çox iyrənc, məkrli planlara əl atır.
Belə acı, ürəkağrıdıcı, xəyanət hadisələrdən biri də 2016-cı ilin 15 iyul axşamı Türkiyədə baş verdi. Türk dövlətinin içındə özünüə yuva qurmuş xəyanətkar FETÖ-çular Türk dövlətinə qarşı arxadan qılınc çəkməyə qalxdı. O məşum gecədə ağına-bozuna baxmadan Türk dövlətinin çökdürməyə qalxdı. Türk dövlətini ona görə çökdürməyə qalxdı ki, nə zaman türk dövləti bir inkişaf yolu keçərsə xarici düşmənlər daxildəki satqın və xəyanətkar qüvvələrin əli ilə bu dövlətin inkişafının, onun dirçəlişinin qarşısını almaq üçün müxtəlif səpkili məkrli planlar həyata keçirərlər. 2016-ci ilin iyulun 15-də də məhz belə oldu. Son illərdə Türkiyənin inkişafının gözü götürməyən qüvvələr FETÖ kimi xəyanətkar bir təşkilatın əli ilə çökdürməyə qərar verdilər.
Amma hər zaman olduğu kimi yenə də bu, dar məqamda Vətən harayına yetişən Türk xalqı oldu. Əliyalın tankların, qırıcı təyyarələrin, helikopterlərin ölüm atəşi saçan güllənin qabağına çıxarq, öülümün gözünüə dik baxaraq sinəsini sipər etdi. Vətəni xilas etmək üçün 250 Türk vətəndaşı canından keçərək şəhidlik, iki mindən artıq insan isə qazılık zirvəsinə ucaldı. Bir daha tarixə qəhrəmanlıq dastanı yazan Türk xalqı düşmənlərin ağır məğlubiyyətə uğratdı. Qələbə zəfəri ilə Türkün Ay ulduzlu bayrağını səmalarda dalğalandırdı.
İndi o məşum günlərdən bir il keçir. Bununla bağlı olaraq Türkiyə hökuməti 15 iyul Qəhrəmanlıq dastanın yazıldığı o günün bir illiyini geniş miqyasda qeyd etmək üçün tədbirlər planı hazırlayıb, həyata keçirməkdədir. Bu tədbirlər planının tərkib hissəsindən biri də 15 iyul 2016-ci il xaidn dövlət çevrilişi cəhdinin əsas məqsədi, bəzi beynəlxalq güclərin və ölkələrin hələ də Türk xalqının bu qəhrəmanlıq dastanının gözdənsalma kampaniyasının əsas mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq və baş verənləri işıqlandırmaq və dünya ictimaiyyətinə çatdırmaq üçün 100-ə yaxın ölkədən media nümayəndələrini ölkəyə dəvət edib. Media nümaynədələri arasında Azərbaycan media nümayəndələrinin də təmsilçiləri yer alıb.
Artıq iyulun 11-dan etibarən Türkiyə Baş nazirliyi yanında Media və informasiya baş idarəsinin təşkilatçılığı ilə tədbirlər keçirilir.
Media və informasiya baş idarəsinin təşkilatçılığı ilə keçirilən törənlərdə Türkiyə hökumətinin rəsmi təmsilçiləri, nazirləri 15 iyul xəyanəti haqqında geniş bilgi verirlər. Dünya birliyininin, xüsusən də Qərbin 15 iyul hadisələrinə olan qeyri-obyektiv yanaşması, Türk xalqı və dövlətinə qarşı sərgilədiyi ədalətsiz mövqeyə və bunun arxasında duran məqsədləri dünya media təmsilçiləri vasitəsi ilə beynəlxalq aləçə çatdırırlar. Türkiyə rəsmiləri başda dövlət başçısı Rəcəb Tayyib Ərdoğan olmaqla Qərbin 15 iyulda baş verən xəyanətkar dövlət çevrilişinə qeyri-obyektiv və ədalətsiz yanaşmasından təəssüflənməklə yanaşı, xəyanətkarlara qucaq açdıqları üçünsə qınayılar.
Türkiyə prezidenti iyulun 12-də AKP qərargahında 15 iyulun bir illiyi ilə bağlı düzənlənən “Milli iradənin zəfəri” adlə toplantıda çıxışı zamanı deyi fikirlər diqqət yetirmək kifayətdirə R.T. Ərdoğan bildirib ki, ötən ilin iyulun 15 -də FETÖ tərəfindən həyata keçrilən dövlət çevrilişi cəhdinin milli iradə tərəfindən qarşısı alındığını deyib.
“Türkiyə bu sınaqdan üzüağ çıxdı. Çevriliş cəhdinin qarşısı alınandan sonra da, bizə hücumlar səngiməyib. Bizə deyirlər ki, niyə Suriya, İraq, Qətərlə bağlı planlarımızın baş tutmasına imkan vermirsiniz”.
Türkiyə prezidenti deyib ki, 15 iyul milli tariximizin simvollarından biri olub: “Ancaq bir il keçməsinə baxmayaraq, 15 iyulun əhəmiyyətini bilməyənlər var. Belələrinin başında müxalifət partiyasının sədri də var. Mövlana ağaca su verməyi ədalət, dikənə su verməyi zülm kimi qiymətləndirir. Hərbi çevriliş cəhdində iştirak edənləri müdafiə edən Kamal Kılınçdaroğlu dikənə su verir. Onlar Vətənə xəyanət edənlərin hamısını qucaqlaya bilər, amma biz bunu etmədik, etməyəcəyik. Biz hər bir terrorçunu məhv etməyə söz verdik. Və vədimizə də əməl edəcəyik. Ölkədə sonuncu terrorçunu zərərsizləşdirənədək mübarizə aparacağıq”.
Ərdoğan onu da əlavə edib ki, ölkəmiz üzərində oyun oyanayıb xəyanətkar qüvvələr vasitəsi ilə bir daha məkrli planlarını həyata keçirə bilməyəcəklər. “Onlar bird aha dövlət çevrilişi edə bilməyəcəklər. Zatən onlar artıq Türkiyədə bir daha çevriliş həyata keçirə bilməyəcəklərinin narahatlığını keçirirlər: “Çünki görürlər ki, bu millət tankların, təyyarələrin qarşısında durduğu üçün bu milləti asanlıqla aşa bilməyəcəklər. Onalr ona görə edə bilmirlər ki, Türk xalqını idarə edən hakimiyyət onunla birdir və onun kimi “Tək millət, tək bayraq, tək Vətən, tək dövlət” şüarı əsasında fəaliyyətini qurub və xalqına xidmət edir”.
Toplantıda çıxış edən baş nazir Binlə Yıldırım isə bildirib ki, xəyanətkarlar ən ağır cəzasını alacaq.
Baş nazir deyib ki, 15 iyulda uduzan terror təşkilatı qazanan isə millət və demokratiya oldu:
“Xalq həmin gün hər bir fərdi ilə cümhuriyyətə, demokratiyaya sahib çıxdı, namusunu xainlərin tapdamasına yol vermədi. Söz veririk ki, bu Vətən namərdlərin tapdağı olmayacaq, bayrağımız heç vaxt enməyəcək, azanlarımız susmayacaq. Heç bir terror təşkilatı birliyimizi, qardaşlığımızı pozmayacaq. Biz daima bir, bərabər olacağıq. Heç kəs bu millətin iradəsinə qarşı çıxa bilməyəcək, təxribatlar bizi ayıra bilməyəcək.
Qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Dinimizdən sui-istifadə etmək istəyənlərə bir daha fürsət verməyəcəyik. Xainlərin, günahkarların bu gün teatrlarda oynadıqları oyun onların alacaqları cəzalara mane olmayacaq. Türkiyə bir hüquq dövlətidir, qanun çərçivəsində günahkarlar cəzalarını alacaqlar”.
Mürtəza Bünyadlı
Gununsesi.info
Ankara-Bakı