15 iyun Müttəfiqlik Günü kimi qeyd edilsin! - TƏKLİF

  • By admin
  • 15 Fevral 2022 11:39

“15 iyun tarixi Azərbaycan və Türkiyənin ortaq bayramı olaraq Müttəfiqlik Günü kimi qeyd edilsin”.

Gununsesi.info xəbər verir ki, belə təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

Qeyd edək ki, 15 iyun tarixi Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalandığı gündür.

Gununsesi.info