15 mərtəbəli 9 bina eyni anda partladıldı -FOTOLAR

  • By ilhame
  • 15 Sentyabr 2023 21:40

Türkiyədə mərkəzləri Pazarcık və Elbistanda olan 7,7 və 7,6 bal gücündə zəlzələlər nəticəsində 36 mindən çox binanın ciddi ziyan gördüyü Malatya şəhərində 6 minə yaxın bina dağıdılıb.

Gununsesi.info xəbər verir ki, şəhərdə azmərtəbəli binalar tikinti texnikası ilə, hündürmərtəbəli binalar isə partlayıcı maddələrin köməyi ilə sökülüb

Yeşilyurt rayonunun Yeşiltəpə məhəlləsində 15 mərtəbəli 9 binanın sökülməsində partlayış üsulundan istifadə edilib.

Mütəxəssis qruplar tərəfindən 1660 kiloqram partlayıcı maddə və 30 min kapsulun istifadə edildiyi, geniş təhlükəsizlik mühafizəsinin təmin edildiyi binalar əmr verildikdən sonra saniyələr ərzində eyni vaxtda dağıdılıb. Dağıntıdan sonra ərazidə yüksək toz buludları əmələ gəlib.

Gununsesi.info “TRT Haber”ə istinadən həmin ərazidən görüntüləri təqdim edir: