15 ölkə bu vaksindən imtina etdi, BMT isə ÜST-ə inanır

BMT Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropanın bir sıra ölkələrinin istifadəsini dayandırdığı “AstraZeneca” vaksininin istifadəsi barədə təlimatlarını rəhbər tutur.

Gununsesi.info “RİA Novosti”yə istinadla bildirir ki, bunu BMT baş katibinin köməkçisi Stefan Düjarrik brifinqdə söyləyib.

HTML tutorial

Ötən həftə EMA məlumat verib ki, Avropa İttifaqının bir sıra ölkələrində “AstraZeneca” vaksini vurulmuş insanların durumunun pisləşməsi faktları ilə bağlı araşdırmaları davam etdirir. Tromboemboliya, qan laxtalanması kimi halların qeydə alınmasına rəğmən, ÜST vaksinasiyanın davam etdirilməsini vacib sayıb.

“”AstraZenec”a və “Pfizer” vaksinləri COVAX mexanizmi çərçivəsində yayılır. Biz elmə və ÜST-ün göstərişlərinə əsaslanırıq. Hesab edirəm ki, ÜST ötən iki gün ərzində dəqiq olaraq aydınlaşdırma elədi ki, “AstraZeneca” vaksinləri ilə bir problem yoxdur”, – 15-ə yaxın ölkənin imtina etməsinə rəğmən BMT-nin “AstraZeneca” vaksinlərini dünyaya yayması barədə suala cavab verərkən Düjarrik deyib.

Aİ-nin bir sıra ölkələri, o cümlədən Avstriya, Estoniya, Litva, Lüksemburq, Latviya, Danimarka, İslandiya, Bolqarıstan, eləcə də Norveç EMA-nın Avropa İttifaqı ölkələrində istifadəsinə icazə verdiyi “AstraZeneca” vaksininin tətbiqini dayandırıb. Bu gün onların sırasına İtaliya, Fransa, Almaniya və İspaniya qoşulub.

Gununsesi.info