
“Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsindən 7 məhkum azadlığa buraxılıb”.
Gununsesi.info “Report”a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.
O bildirib ki, həmin şəxslərə Amnistiya Aktı tətbiq edilib və cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər.
Qeyd edək ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.
Gununsesi.info