15 saylı cəzaçəkmə müəssisəsindən 7 məhkum azadlığa buraxılıb

  • By admin
  • 03 Dekabr 2021 12:29

“Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsindən 7 məhkum azadlığa buraxılıb”.

Gununsesi.info “Report”a istinadən  xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

O bildirib ki, həmin şəxslərə Amnistiya Aktı tətbiq edilib və cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər.

Qeyd edək ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.

Gununsesi.info