15 yaşında milyonçu olan bloqer motosiklet qəzasında öldü

  • By admin
  • 23 İyun 2020 12:38

18 yaşı rusiyalı məşhur bloqer Anastasiya Tropitsel bədbəxt hadisə nəticəsində həyatını itirib.

Gununsesi.org “Dailymail”ə istinadla xəbər verir ki, bloqer.”Kawasaki” markalı motosikleti ilə 96 kilometr saat sürətlə hərəkət edərkən idarəetməni itirib və qəza törədib.

Hadisənin İndoneziyanın Bali adasında  baş verdiyi bildirilir.

O, ölümündən bir neçə saat əvvəl motosikletin güzgüsündə videoçarx çəkərək özünün sosial şəbəkələrdəki hesabında paylaşıb. Hadisə baş verən zaman onun 30 yaşlı sevgilisi də yanında olub.

Qeyd edək ki, Anastasiya 12 yaşından bloqerliyə başlayıb və 15 yaşında milyonçu olub.
 

Gununsesi.org