15 yaşlarında olan iki qız yaşlı qadın və məşhur müğənniyə hücum etdi - VİDEO

  • By admin
  • 06 Dekabr 2019

Məşhur opera müğənnisi Ketrin Cenkins Londonda xeyriyyə konsertinə gedərkən qarət olunub.

Gununsesi.org  “Evening Standard”a istinadən xəbər verir ki, Mezzo-soprano Çelsi şəhərində yaşlı bir qadına hücum olduğunu görüb və kömək etmək üçün dayanıb. Lakin bu müdaxilə onun üçün də yaxşı bitməyib, belə ki, yaşlı qadınla birlikdə müğənninin özü də soyğuna məruz qalıb.

Xoşbəxtlikdən həmin vaxt yaxınlıqdan hüquq-mühafizə orqanlarının əməkdaşları keçib. Müğənni baş verənləri onlara danışıb.

Polislərin işə qarışmasından sonra qarət şübhəsi ilə 15 yaşlarında olan iki qız saxlanılıb.