Qubada 15 yaşlı qız dəm qazından boğulub.
Gununsesi.info xəbər verir ki, dünən saat 18 radələrində rayonun Hacıhüseynli kəndində 2009-cu il təvəllüdlü Ayla Zeynal qızı Vəlixanova hamam otağında huşsuz vəziyyətdə tapılıb. O, xəstəxanaya aparılsa da, vəfat edib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Gununsesi.info