15 yaşlı məktəblinin öldüyü hadisənin təfərrüatı - Foto

Dekabrın 10-da Goranboyun Xanqərvənd kəndində Göyçay rayon sakini 15 yaşlı Sadiq Qurbanovun öldüyü hadisənin təfərrüatı məlum olub.

Gununsesi.info xəbər verir ki, Göyçayın Hacalıkənd sakini, həmin kənddəki orta məktəbin 9-cu sinif şagirdi olan 2008-ci il təvəllüdlü Qurbanov Sadiq Fariz oğlu Goranboya qohumları ilə birgə gedibmiş.

Belə ki, dərs olmayan gün Sadiq Goranboyda usta işləyən qohumu ilə birgə bu rayonun Xanqərvənd kəndinə yollanıb. Ustaların işlədiyi ərazidə olarkən Sadiq də Xanqərvənd kənd bələdiyyəsinin binasının damına çıxıb. Bu zaman dam örtüyü qırılıb və sadiq damdan otaqların birinə düşüb. Nəticədə onun başı inzibati binanın otağındakı stolun kənarına dəyib və yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

İlkin məlumatda bildirilir ki, S.Qurbanov binanın damına təsərrüfatda gübrə kimi istifadə edilən quş peyini toplamaq üçün çıxıbmış.

 

 

Gununsesi.info