Fətullahçı Terror Təşkilatının Türkiyədə hərbi çevriliş cəhdindən sonra İstanbuldakı atışmalar zamanı şəhid olanların sayı 100-ə çatıb. Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, iyulun 15-də FTT üzvləri tərəfindən Türkiyədə hərbi çevriliş cəhdi zamanı ağır yaralanan 15 yaşlı Halil İbrahim Yıldırımın həyatını xilas etmək üçün hazırda müalicə olunduğu xəstəxanada həkimlər əllərindən gələni etməyə çalışsalar da, bu mümkün olmayıb. Yılldırımın yaşamını itirməsiylə Türkiyədə hərbi çevriliş cəhdi zamanı şəhid olanların sayı 100-ə çatıb.
İldırımın daxili orqanları ehtiyacı olan xəstə insanlara bağışlandıqdan sonra meyidi Ədliyyə Tibb İdarəsinə götürüləcəyi bildirilib.
Gülnaz Qənbərli