150 bal yığan abituriyentlərə şad xəbər - BU ALİ MƏKTƏBDƏ ÖDƏNİŞSİZ OXUMAQ ŞANSINIZ VAR

  • By admin
  • 26 İyul 2017 16:46
imtahan
Azərbaycan Dövlət Aqrar Universitetinin torpaqşünaslıq və aqrokimya ixtisasının həm dövlət sifarişi, həm də ödənişli əsaslarla ayrılan yerləri üzrə müsabiqədə ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Gununsesi.info Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının dördüncü sayına edilən əlavədə məlumat verilib.
Bildirilib ki, fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Gununsesi.info