150 mindən artıq insan doğma yurduna qayıdacaq - Komitə sədri

Kəlbəcər, Tərtər, Ağdam rayonunun bir neçə kvadratkilometr sahəsi Ağdərə rayonunun inzibati ərazisinə daxil ediləcək.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında komitə sədri Siyavuş Novruzov bildirib.

 

Komitə sədri nə qədər sahənin Ağdərə rayonunun inzibati ərazisinə daxil ediləcəyini açıqlayıb.

“Kəlbəcər rayonunun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan isə 73,74 kvadratkilometr sahənin Ağdərə rayonunun inzibati ərazisinə veriləcək. Onu da qeyd edim ki, 2026-cı ilə qədər 150 mindən artıq insan doğma yurduna qayıdacaq”.

 

 

Gununsesi.info