Azərbaycanın Milli aviadaşıyıcısı hökumətin tapşırığı ilə Türkiyə ərazisindən vətəndaşlarımızın gətirilməsi üçün martın 17-də Bakı-Ankara-Bakı istiqaməti üzrə çarter reysi yerinə yetirib.
⠀
AZAL-dan Gununsesi.org-a verilən məlumata görə, bu reys ilə 157 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.
⠀
Xatırladaq ki, bu artıq Türkiyədən yerinə yetirilən üçüncü çarter reysidir – daha əvvəl 15 və 16 mart tarixlərində İstanbuldan Bakıya 711 nəfər Azərbaycan vətəndaşı gətirilib.
⠀
Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.
⠀
Qeyd edək ki, ölkəyə qayıtmaq istəyən Azərbaycan vətəndaşları hazırda olduqları yer üzrə səfirliklər və ya konsulluqlara müraciət etməlidirlər.
Gununsesi.org