“Azərenerji”nin SOCAR-a 254 mln. manat borcu var

  • By admin
  • 07 İyul 2017 09:00

azerenerji

2017-ci ilin yanvarın 1-nə “Azərenerji” ASC-nin SOCAR-dan əldə etdiyi yanacağa görə borc öhdəliyi 254 mln. manat təşkil edir. 

Gununsesi.info-nun məlumatına görə, bu barədə SOCAR-ın 2016-cı il üzrə konsolidə olunmuş maliyyə hesabatında deyilir.

2016-cı ilin yanvarın 1-nə bu rəqəm 312 mln. manat olub. Beləliklə, ötən il ərzində “Azərenerji”nin SOCAR-a olan borcu 58 mln. manat azalıb.

Gununsesi.info