16 gün əvvəl avtomobillə vurulan şəxs dünyasını dəyişdi

  • By admin
  • 30 Yanvar 2017 12:04

yollllllllllllllllllllllllllllllllll

Bakıda 16 gün əvvəl avtomobillə vurulan şəxs ölüb.

Gununsesi.info-nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanvarın 13-də Xətai rayonunun G.Mehmandarov küçəsində Bakı şəhər sakini Şəbəddin Məsumov 40 saylı marşrut xətti üzrə idarə etdiyi “Daevoo” markalı avtobusla yolu keçən paytaxt sakinləri Maşallah Məmmədovu və qardaşı Namiqi vurub. Xəsarət alan N. Məmmədov yanvarın 29-da evində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info