
İsrailin İstanbul konsulluğu 2007-ci ildən bəri ilk dəfə bir İsrail hava yolu şirkətinin Türkiyəyə ticari uçuş gerçəkləşdirəcəyini açıqlayıb.
Bu, İsraildən Türkiyəyə 16 il sonra ediləcək ilk uçuş olacaq.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, konsulluğun açıqlamasında İsrailli havaçılıq firması İSRAİR-in Türkiyədəki zərərçəkənlərə çatdırılmaq üzrə 2 ton insani yardım ləvazimatlarını gətirdiyi ifadəsi yer aldı.
Qarşıdakı dönəmdə daha çox İsrail hava yolu şirkətinin Türkiyəyə ticari uçuş başladacağı bildirilir.
Konsulluğun açıqlamasında İsrail-Türkiyə münasibətlərində son dönəmlərdə inkişaf etməkdə olan əlaqələrə və dağıdıcı zəlzələdən sonra həmrəyliyə yeni bir önrək təşkil etdiyi vurğulanır.
Diplomatik təmsilçilik bildirib ki, həmrəylik və işbirliyinin iki ölkənin faydasına oalcaq şəkildə bir çox sahədə yayılacağına inam tamdır.
Tərcümə: Arzu Sayadoğlu