“Azəriqaz”ın “Səyyar qəbul otağı” həftənin ilk iş günü Oğuz rayonunda təşkil olunub. Kərimli kəndində baş tutan aksiyada ümumilikdə 16 müraciət ünvanlanıb.
Adıçəkilən kəndin yeni yaşayış massivindən qatılan sakinlər təbii qazla təmin olunmalarını xahiş ediblər. Digər kəndlərdən təşrif buyuran abonentlərin istəkləri isə qaz sayğacının yenisi ilə əvəzlənməsi və qaz xəttinin yerinin dəyişdirilməsindən ibarət olub.
Mikrofon önündə digər problemlərlə bağlı müraciətlər də səsləndirilib ki, bunlar da fərdi yaşayış evinin qazlaşdırılması, qazın təzyiqin bəzən zəif olması və qapı keçidinin quraşdırılmasını əhatə edib.
Hər bir müraciət aidiyyəti üzrə yönləndirilməsi üçün Zaqatala RQİİ-nin məsul şəxsləri tərəfindən qeydiyyata alınıb.