16 senator Ukraynaya pilotsuz uçuş aparatı verilməsini istəyir

  • By admin
  • 23 Noyabr 2022 08:57

ABŞ senatının, həm Demokratlar, həm də Respublikaçılar partiyasına mənsub 16 senatoru, ABŞ müdafiə nazirinə məktub yazaraq Ukraynaya insansız hava aparatı MQ-1C Grey Eagle satışını tələb (xahiş desək, ABŞ hüquqi sisteminə daha uyğun olar) ediblər.

 

HTML tutorial

Məktubun əsli burada: https://www.ernst.senate.gov/imo/media/doc/2022-11-22_ernst_manchin_gray_eagle_letter.pdf

 

Gununsesi.info xəbər verir ki, məktubda deyilir:

MQ-1C Grey Eagle Ukraynaya verilməsi ABŞ’ın həssas hərbi texnologiyalarının üçüncü ölkələrin əlinə düşməsi təhlükəsi doğurmur. Ona görə ki, MQ-1C Grey Eagle müxtəlif cihazlarla, o cümlədən, ancaq ABŞ Silahlı qüvvələrində istifadə edilən hissələrin istisnası şəklində komplektləşdirilə bilər.

Qeyd edək ki, MQ-1C Grey Eagle Ukraynaya verilməsi, o cümlədən, bu insansız hava aparatlarının AGM-114 Hellfire raketləri, digər silahlarla inteqrasiya edilən kəşfiyyat qurğuları ilə birlikdə Rusiya üçün FGM-148 Javelin və M142 HIMARS miqyaslarından da geniş yeni bir problemə çevrilə bilər.

 

Tərcümə:

Günay