16 yaşlı futbolçunu məşq vaxtı ildırım vurdu

Moskva vilayətinin Orexovo-Zuyevo şəhərində bədbəxt hadisə baş verib.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, yerli “Znamya Truda” futbol klubunun 16 yaşlı qapıçısı İvan Z.-ni məşq vaxtı ildırım vurub.

Yeniyetmə idmançı təcili olaraq helikopterlə Lyubertsı şəhərinin xəstəxanasına çatdırılıb və həkimlər onu süni koma vəziyyətinə salıblar.

Hadisə şahidləinin sözlərinə görə, məşq vaxtı nə yağış yağıb, nə də şimşək çaxıb. Moskva vilayətində futbol meydançasında ildırım vurması hadisəsinə ilk dəfə rast gəlindiyi bildirilir.

Qeyd edək ki, “Znamya Truda” komandası Rusiya futbol çempionatının gücünə görə üçüncü divizionu hesab olunan PFL-in Qərb zonasında çıxış edir.

Gununsesi.org