16 yaşlı gəlin 18 yaşlı ərini qətlə yetirdi

  • By admin
  • 23 İyul 2017 12:12

cocuk-gelin-birlikte-yasadigi-genci-oldurdu-9860824_o

Dəhşətli hadisə Türkiyənin Kahramanmaraş şəhərinin Afşin vilayətində baş verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 16 yaşlı gəlin 18 yaşlı ərini odlu silahla qətlə yetirib.

4 ay əvvəl qaçıb dini nikahla evlənən gənclər zamanla yola gedə bilməyib və ayrılıb.

Dünən onlar barışmaq üçün bir araya gəlsələr də, aralarında başlayan mübahisə davaya çevrilib. Nəticədə 16 yaşlı gəlin 18 yaşlı ərini öldürərək hadisə yerindən qaçıb.

Hadisəni törədən şəxs artıq həbs edilib.

Gununsesi.info