16 yaşlı gənc futbolçu dünyasını dəyişib

Şotlandiyada yaşayan 16 yaşlı Orla Taylor yüksək hərarət şikayəti ilə xəstəxanaya yerləşdirilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Sepsis diaqnozu qoyulan gənc qızı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Mütəxəssislər sepsisin nəzərə alınmayan simptomlarına qarşı xəbərdarlıq ediblər.

“Turriff United”in futbolçusu Orla Teylorun vəfatı onun yaxınlarını kədərləndirib. Gənc futbolçunun ailəsi qızlarının səhhətində problem olmadığını və hər şeyin birdən baş verdiyini bildirib.

Orxan Saffari

Gununsesi.info