16 yaşlı qız 2 futbolçu ilə… - SEVGİLİLƏRİNƏ VƏ HƏYAT YOLDAŞLARINA XƏYANƏT EDƏN OYUNÇULAR - FOTOLAR

  • By admin
  • 25 Aprel 2017 08:47

16 yasli qiz futbolcu

Futbolçular sadəcə vurduqları qollar və uğurlu karyeraları ilə yaddaşlarda qalmırlar. Onların şəxsi həyatları da hər zaman diqqət mərkəzində olur. Xüsusən həyatlarındakı qadınlar hər zaman medianın diqqətini çəkib.

Gununsesi.info fanat.az-a istinadən sevgililərinə və həyat yoldaşlarına xəyanət edən bəzi futbolçuları təqdim edir.

“Mançester Yunayted”in ulduzu Ueyn Runi həmin vaxt sevgilisi, sonradan isə həyat yoldaşı olan Kolenə Cennifer Tompsonla xəyanət etmişdi. Cennifer uzun illər sonra buna görə Kolendən üzr istəmişdi.

Holland futbolçu Royston Drente həyat yoldaşı Malena Qrasiyanı aldatmaqla gündəmə gəlib. Hətta həmin vaxt həyat yoldaşı ikinci uşağa hamilə olub.

Uzun illər “Mançester Yunayted”in formasını geyinmiş Patrik Evra da xanımına sadiq olmayan futbolçulardandı. O, fransız model Karla Hove ilə həyat yoldaşına xəyanət edib.

“Arsenal”ın futbolçusu Oliver Qirud məqazin mediasının gündəminə tez-tez gəlməyən futbolçulardandı. Amma həyat yoldaşına da sadiq qalmır. O, “Kristal Palas” matçından öncə model Celia Kayla “Four Seasons Otel” romantik bir gecə keçmiş və bu hərəkəti günlərlə mediada müzakirə olunmuşdu.

“Bavariya”nın ulduzu Frank Riberi 2010-cu ildə Kərim Benzema və Sidney Qovu ilə birlikdə 16 yaşlı Zahia Deharla yatmışdı. Daha sonra hər iki futbolçu həbs tələbi ilə məhkəmə qarşısına çıxarılmışdı.

“Arsenal” və “Çelsi” forması geyinən Eşli Koul Çarlini bir neçə dəfə aldatmaqla gündəmə gəlib. Onun xanımına xəyanət etdiyi qadınlar arasında model Korali Robinson, Brooke Heali və saç ustası Aime Valton var. Daha sonra Eşli və Çarli boşanmışdı.

“Çelsi”nin kapitanı Con Terri 2010-cu ildə İngiltərənin ən nifrət edilən adamlarından birinə çevrilmişdi. O, keçmiş komanda yoldaşının sevgilisi Vanessa Perronsellə birlikdə olaraq həm xanımına, həm də dostuna xəyanət etmişdi. Bundan sonra Terri İngiltərə millisinin kapitanlığından məhrum edilmişdi.

“Mençester Yunayted”in əfsanəsi Rayan Giqqz isə daha böyük qəbahət etmişdi. Belə ki, özü kimi futbolçu olan qardaşı Rodrinin həyat yoldaşı Nataşa ilə birlikdə olmuşdu. Özü də bu münasibət 8 il davam etmişdi.

“Arsenal”ın formasını geyinən Məsut Özil keçmiş komanda yoldaşı Kristian Lellin sevgilisi ilə birlikdə olmuşdu. Melani Rikingerlə “WhatsApp” danışıqları ortaya çıxan türk futbolçu bu səbəbdən sevgilisindən ayrılmışdı.

Başqa bir “Arsenal” əfsanəsi Tyerri Anri də xəyanət edənlər arasındadı. O, Klara Merri ilə xoşbəxt evliliyini uzun illər sonra bitirmişdi. Fransız futbolçunun xanımına makyaj ustası Sadi Hevlettlə birlikdə xəyanət etdiyi deyilirdi.

16 yasli qiz futbolcu2

?

?

16 yasli qiz futbolcu7

16 yasli qiz futbolcu9

Gununsesi.info