16 yaşlı qızdan dünya liderlərinə tənbeh

  • By admin
  • 24 Sentyabr 2019 09:07

 

İsveçli ətraf mühit fəalı Qreta Thunberq bazar ertəsi BMT-nin İqlim sammitində dünya liderlərini fəalliyyətiszliyə görə qınayıraq, insanların qlobal istiləşmənin təsirlərindən əziyyət çəkdyini və öldüyünü, liderlərin isə boş sözlərdən başqa heç bir şey etmədiyini deyib.

Gununsesi.org Qərb mediasına istinadən bildirir ki, Qretanın sözlərinə görə, biz kütləvi şəkildə yox olmağın astanasındayıq: “Sizin isə puldan başqa danışdığınız heç bir şey yoxdur”.

İqlim dəyişikliyi ilə mübarizə məqsədilə fəaliyyət göstərmək üçün tətil edib, cümə günləri məktəbə getməyən yeniyetmə fəal qlobal gənclər hərəkatına təkan verib.

Qreta Thunberq bildirib ki, elm 30 ildir problemin olduğunu açıq göstərsə də, dünya liderləri kifayət qədər iş görmür.

Gununsesi.org