16 yaşlı qızın ərə verilməsi xəbərinə DİN-dən REAKSİYA

  • By admin
  • 13 Mart 2023 13:08

Daxili İşlər Nazirliyi Azərbaycanda 16 yaşlı qızın ərə verilməsinə dair yayılan məlumatlara aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məsələ barədə araşdırma aparılıb:

“Müəyyən edilib ki, məsələ sosial şəbəkələrdə qeyd olunduğu kimi deyil. Yetkinlik yaşına çatmadığı iddia edilən və toyu olan xanımın 2023-cü il yanvar ayında 18 yaşı tamam olub”.

Gununsesi.info