160-dan çox hakimə rəsmi xəbərdarlıq edilib

Ötən il korrupsiyaya şərait yaradan hallara və digər pozuntulara görə 1 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 2 nəfər tutduğu vəzifədən azad olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Məhkəmə Hüquq Şurasının iclasında bildirilib.

HTML tutorial

Bundan başqa, vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verdiklərinə görə ötən il 160-dan çox hakimə rəsmi xəbərdarlıq edilib.

2022-ci ildə Məhkəmə Hüquq Şurası tərəfindən 4 hakimin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq səlahiyyətlərinə vaxtından əvvəl xitam edilib. Bildirilib ki, 9 hakimə işində dönüş yaratmaları üçün 6 ay vaxt verilib.

Gununsesi.info