17 kəndi birləşdirən yolun yenidən qurulması yekunlaşır - FOTOLAR

  • By admin
  • 18 İyul 2017 10:15

berde_yol_180717_01

Azərbaycan Prezidentinin sərəncamına əsasən Bərdə rayonunda 12 min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Yenidaşkənd-Umudalılar avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər yekunlaşmaq üzrədir.

“Azəravtoyol” ASC-dən Gununsesi.info-ya verilən məlumata görə, uzunluğu 25 km olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunub.

Əvvəllər torpaq və çınqıl örtüklü olan yolda, xüsusən, payız-qış aylarında istər avtonəqliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaranırdı. Yolun yenidən qurulması ilə problemlər tam olaraq aradan qaldırılıb.

Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının və əsasının genişləndirilməsi işləri aparılıb. Genişləndirmə işləri çərçivəsində qazma-dolma işləri görülüb, zəruri olan yerlərə xüsusi material tökülərək kipləşdirmə işləri aparılıb. Genişləndirmə izləri zamanı yolun ümumi eni 10 metrə çatdırılıb. 2 hərəkət zolaqlı olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.

Daha sonra optimal-qırmadaş və qum-çınqıl qarışıından ibarət yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri də yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Ümumilikdə yola 2 qat olmaqla 10 sm qalınlığında 150 min kv.m yeni asfalt-beton örtüyü döşənib.

Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün 2 yerdə 1000 mm diametrində ümumi uzunluğu 12 metr olan dəmir-beton borular və ümumi uzunluqları 360 m olan 30 ədəd dəmir suötürücü borular quraşdırılıb.

Layihəyə uyğun bütün işlər tam olaraq yekunlaşdıqdan sonra zəruri olan yerlərdə 132 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yol göstərici xətlərin çəklişi işləri aparılacaq.

Qeyd edək ki, Bərdə rayonu Yenidaşkənd-Umudalılar avtomobil yolunun tikintisi ilə vətəndaşlarının gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Yeni yolun tikintisi yol boyu yaşayan vətəndaşların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının inkişafına da səbəb olacaq.

berde_yol_180717_03 berde_yol_180717_06 berde_yol_180717_07 berde_yol_180717_08 berde_yol_180717_09

Gununsesi.info