167 şübhəlidən 164-ü həbs edilib

  • By admin
  • 20 İyul 2016 11:08

turkiye

 

Fətullahçı Terror Təşkilatının (FTT) dövlət çevrilişinə cəhdinin ardından gözaltına alınan və Ankara Cumhuriyət Baş Prokrorluğunun həbsini tələb etdiyi 167 şübhəlidən 164-ü həbs edilib. 3-ü isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, onları Sülh Cəza Hakimliyinə aparıblar. Prokurorlar şübhəlilərdən birinin ifadəsi alındıqdan sonra onu sərbəst buraxaraq, 167 şübhəlinin Türk Cəza Qanunlarının (TCQ) 309. maddəsindəki “konstitusiayanın pozulması”, 310. maddəsindəki “Prezidentə sui-qəsd və bunu həyata keçirmə”, 311. maddəsindəki ” qanunvericilik orqanına qarşı cinayət “, 312. maddəsindəki ” hökumətə qarşı cinayət “, 314. maddəsindəki ” silahlı təşkilat qurmaq və ya idarə etmək” ilə 82. maddəsindəki “adam öldürmək” ittihamıyla həbsini tələbi edib, növbətçi sülh cəza hakimliyi qarşısına göndəriblər. Ankara Sülh Cəza Hakimliyində sorğulanan şübhəlilərin 164-ü həbs olunub, 3-ü isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıblar. Şübhəlilərdən biri isə prokurorluqda ifadə verdikdən sonra azad edilib.

 

Gülnaz Qənbərli