1695 qram heroin aşkar edildi

  • By admin
  • 15 Aprel 2017 11:58

narkotika

Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi minik avtomobili ilə gələn Azərbaycan vətəndaşı kinoloji xidmət iti tətbiq olunmaqla keçirilən gömrük nəzarəti zamanı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, kinoloji xidmət itinin reaksiyasına əsasən, avtomobilə baxış keçirilib.

Baxış zamanı, həmin nəqliyyat vasitəsinin mühərrikinin aşağı hissəsində, zavod konstruksyasında nəzərdə tutulmamış, sonradan mühərrikə əlavə olaraq bərkidilmiş starterin içərisində, gömrük nəzarətindən gizlədilmiş iki ədəd bağlamada olmaqla, ümumi xalis çəkisi 1695 qram təşkil edən narkotik vasitə – heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Anar
Gununsesi.info