17 minə yaxın saxta əlillik ləğv edilib – RƏSMİ

  • By admin
  • 16 Sentyabr 2021 12:14

“Əlillik təyinatı prosesi vətəndaş-ekspert təması olmadan, elektron infrastruktur üzərindən tam şəffaf həyata keçirilib. Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyin edilib”.

Gununsesi.info xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib:

“Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyin olunub, o cümlədən 11 min şəxsə ilkin, digərlərinə təkrar əlillik təyinatı aparılıb”.

A.Bayramov, həmçinin qeyd edib ki, son 3 ildə 17 minə yaxın saxta əlillik müəyyən olunaraq qarşısı alınıb.

Gununsesi.info