Şəmkir rayonunda 17 yaşlı çoban intihar edib.
Gununsesi.info xəbər verir ki, hadisə martın 20-də rayonun Ceyrançöl kəndi ərazisində qeydə alınıb.
2004-cü il təvəllüdlü Vüqar Əhmədov çoban işlədiyi fermada tüfənglə ürəyindən özünə atəş açaraq intihar edib.
İlkin səbəb kimi onun psixoloji problemlərinin olması göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info