17 yaşlı gənc dünyanın başına dolandı - FOTOLAR

17 yaşlı gənc Mak Rutherford adını tarixə yazdırmağı bacarıb.

Gununsesi.info xəbər verir ki, o mikro işıqlı təyyarı ilə təkbaşına dünyanın çevrəsində uçan ən gənc pilot kimi tarixə düşüb.

HTML tutorial

Məlumata görə, o cəmi beş ay əvvəl kiçiktutumlu təyyarə ilə dünya turnesinə çıxıb.

Mak “Dünyanın başına dolandıqdan” sonra Bolqarıstanda təyyarə səyahətinə son verib.

Bildirilir ki, onun bacısı Zara da bu ilin yanvarında 52 min kilometr məsafəni 155 günə uçaraq “dünyanın başına dolanan” ən gənc qız kimi adını Ginnesin Rekordlar Kitabına yazdıra bilib.

Gununsesi.info