17 yaşlı oğlan anasını köməyə çağırıb vəfat etdi

Zaqatala rayonunda 17 yaşlı oğlanın ölümü ilə nəticələnən hadisə baş verib.

Gununsesi.info “Qafqazinfo”a istinadən xəbər verir ki, dünən saat 13:30 radələrində Zaqatala şəhər sakini, 2006-ci il təvəllüdlü Qurbanov Turan Namiq oğlu hamamda yuyunarkən özünü piss hiss edərək anası Şahnaz Qurbanovanı çağırıb. Qadın dərhal oğlunu digər otağa keçirib, lakin az sonra Turan vəfat edib.

HTML tutorial

İlkin olaraq Turan Qurbanovun hamam otağında çimərkən dəm qazından zəhərlənmə nəticəsində ölməsi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info