17 yaşlı oğlan kanalda batdı, suyun səviyyəsi endirildi

  • By Admin2
  • 06 Fevral 2025 14:42

Ağcabədidə 17 yaşlı yeniyetmə kanalda batıb.

Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının rayonun Xocavənd kəndi ərazisindən keçən hissəsində baş verib.

Kənd sakini 2008-ci il təvəllüdlü Adil Əkbər oğlu Həsənov kanalda batmasına dair əsaslı şübhələr olduğundan hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Yeniyetmənin axtarış tədbirlərinin effektivliyi məqsədilə Yuxarı Qarabağ kanalında suyun səviyyəsi aşağı endirilib.

Hazırda axtarışlar davam etdirilir.

Gununsesi.info