
Avqustun 23-də Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Aygül Orucovanın “Yeni Gəncə” tibb mərkəzində burundan estetik əməliyyat olunarkən vəfat etməsi barədə Gəncə şəhər prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.
Gununsesi.info-nun məlumatına görə, Gəncə şəhər prokurorluğundan bildirilib ki, araşdırma zamanı toplanmış materialda A. Orucovanın ehtiyatsızlıqdan öldürülməsi cinayətinin əlamətləri mövcud olduğundan fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilmiş və digər zəruri istintaq tədbirləri aparılıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Gununsesi.info